“Mədəniyyət naminə elm”

17 fevral 2017-ci il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində, muzeyin direktoru Sərdar Fərəcovun təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin "Mədəniyyət naminə elm" adlı növbəti elmi seminarı keçirildi.

Mərkəzdən "Olaylar" -a veriulən məlumata əsasən, seminarı Mərkəzin elmi katibi Hüseyn İbrahimov açaraq sözü AMEA-nın Fəlsəfə institunun Estetika şöbəsinin müdiri, professor Adil Əsədova verdi. A.Əsədov "Mədəniyyətin 4 tipi" məruzesində insanların mədəniyyətin müxtəlif tiplərə aid olmağından və bunun nəticələrindən danışdı. İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadə "İslam həmrəyliyi oyunları: multikultural dəyərlərin qorunmasında Azərbaycanın rolu" adlı çıxışında İslamda həmrəyliyin formalaşmasından və tarixi mənasından bəhs etdi.

Mədəniyyət təsissatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin sektor müdiri Elnarə Hacıyeva "İslam və demokratiya", Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Cəlal Həziyev "Milli adət-ənənələrimizdə İslam amili" adlı məruzələlərlə çıxış etdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR