Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü

Avropa Azərbaycan Məktəbinin (AAM) geniş iclas salonu yenə qapılarını Beynəlxalq Ana Dili Günü ərəfəsində müəllimlərin, şagirdlərin, valideynlərin və məktəbə dəvət olunmuş qonaqların üzünə açdı. Azərbaycanın tanınmış mədəniyyət xadimləri - Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüşdülər. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a verilən məlumata əsasən, "Beynəlxalq Ana Dili Günü" adlı tədbirin təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləridi.

Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, əməkdar müəllim H.Şahbəndəyev açdı. Bu əlamətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verərək,  qonaqları tədbir iştirakçılarına təqdim etdi.

Əməkdar artist Azad Şükürovun dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxışı, "Yetim segah"ın sədaları altında söylədiyi müharibə acılarından bəhs edən şeir məktəblilərin yaddaşında uzun zaman yaşayacaq. Bədii qiraət ustası Məleykə xanım Alı qızının Azərbaycan dilinə məhəbbət aşılayan çıxışı, tövsiyələri və ifaçılıq mədəniyyəti salondakılar tərəfindən hərarətlə alqışlandı.

Tədbir AAM-ın Kadrlar və İR üzrə direktoru Amalya Sezgin tərəfindən yekunlaşdırıldı. O, hörmətli qonaqlara AAM-da təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR