Eduardo Cavallero Yazıçlar Birliyində olub

Argentinanın ölkəmizdəki Konsulu və mədəniyyət məslələri üzrə müşaviri Fevralın 15-də Argentinanın ölkəmizdəki Konsulu və mədəniyyət məslələri üzrə müşaviri Eduardo Cavallero Azərbaycan Yazıçlar Birliyində olub. 

Birlikdən "Olylar" - a verilən məlumata görə,  Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşən Konsul iki dost ölkələr arasında ədəbi mədəni əlaqlərdən və bu əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrədən söz açıb.  Eduardo Cavallero Azərbaycan Yazıçılar Birliyi ilə geniş əməkdaşlıq üçün hazır olduqlarını bildirib.  Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan oxucusunun latın Amerika yazıçıarına böyük rəğbətinin olduğunu bildirib. Görüş zamanı qərara alınıb ki, Argentinanın tanınmış yazıçısı Silvia Zimmermann del Castillo Azərbaycana dəvət edilsin və Azərbaycan Yazıçılar Birliyində yazıçı ilə görüş təşkil edilsin.

Qeyd edək ki, Silvia Zimmermann del Castillo görkəmli yazıçı Xorxe Luis Borxesin şagirdi olub və uzun illər onunla əməkdaşlıq eidib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR