Akademik Ziya Bünyadov anıldı

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun həyat və fəaliyyətinə həsr olunan tədbir keçirilib.

Tədbiri açan MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib. Tədbirdə MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova təqdimatla çıxış edib. Ziya Bünyadovun alimlik dərəcəsi alıncaya qədərki təhsil mərhələlərindən, İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə təltiflərindən, elmi və ictimai fəaliyyətindən söz açıb. Tədbirdə akademik Ziya Bünyadovun müəllifi olduğu kitablardan danışılıb və sənədli film nümayiş olunub. Bildirilib ki, alimin əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və bir sıra başqa ölkələrində nəşr olunub. Dünyanın tanınmış alimlərinin əsərləri onun tərəfindən ingilis, ərəb, rus və türk dillərindən tərcümə edilib. Alimin ən yaddaqalan töhfəsi isə akademik Vasim Məmmədəliyevlə birlikdə "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə etməsi olub.

Təqdimatda akademik Z.Bünyadovun MEK-in fondunda saxlanılan "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti", "Qırmızı terror", "Qafqazdan Berlinədək" və digər əsərləri, eləcə də görkəmli alim haqqında yazılmış, onun həm elm, həm də müharibə cəbhəsində fədakarlığından bəhs edən "Ölümdən güclü" kitabı və müəllifi Eldar Əsgərov olan "Öldürülmüş qalaktika" kitabı haqqında məlumat verilib. Bildirlib ki, alim haqqında yazilan bu dəyərli əsərlər MEK-in elektron bazasına daxil edilib və oxucuların istifadəsinə verilib.

Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, Şərqşünaslıq İnstitutunun əməkdaşı Zemfira Qurbanova, akademikin ailə üzvləri Elza Bünyatova, Leyla

Zülfüqarova Ziya Bünyadovun ictimai və elmi fəaliyyətindən geniş söz açıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR