Bilik Fondu İslam Həmrəyliyi Oyunlarının təbliğatına başladı

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktorları Könül Nurullayeva və Elçin Səfərovun gənclərlə görüşü keçirilib. Fonddan "Olaylar" -a bildirilir ki, tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Fondun əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihələri barədə məlumat verdikdən sonra İslam Həmrəyliyi Oyunlarının yalnız idman bayramı deyil, həm də siyasi hadisə olduğunu diqqətə çatdırıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları Fondda görməkdən məmnun olduğunu bildirib. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. O, bu tədbirin tək Azərbaycanın, azərbaycanlıların deyil, İslam dünyası ölkələrinin, İslam dini haqqında yaranmış yanlış fikirlərin aradan qalxacağına böyük təkan olacağını vurğulayıb. Komitə rəsmisi aprelin 2-dən 21-nə dək bölgələrdə əhali ilə görüşlər təşkil olunacağını söyləyib.  Görüşdə məqsəd bütün prosesin açıq və şəffaf şəkildə əhaliyə çatdırılmasıdı.

Qeyd edək ki, fondda təşkil olunan "Ərəb dili" kursu iştirakçıları arasından dili yaxşı mənimsəyənlərin İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunmaları barədə razılğa gəlinib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR