Akademiyada “Açıq qapı”

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqiçi abituriyentlər üçün bütün ixtisaslar üzrə "Açıq qapı" günləri elan edir.

Akademiyadan "Olaylar" -a verilən məlumata görə, layihə mart ayının 6,7,9,10 günlərində icra olunacağı planlaşdırılır. Bəstəkarlıq ixtisası üzrə tələbələr 6-9 mart saat 11.00 -14.00 saatları, digər ixtisaslar isə qeyd olunmuş bütün günlərdə 14.00-17.00 saatları çərçivəsində Akademiyanın müəllim və professsor heyətindən məsləhətlər ala biləcəklər.

Qeyd edək ki, məsləhətlər ödənişsizdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR