Mövsümün ən yaxşıları mükafatlandırılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü ildi ki, mövsüm ərzində fəallıqları, potensialı ilə seçilən əməkdaşlarını xüsusi qiymətləndirir. Teatrdan "Olaylar" - a bildirilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ -Azərbayan Milli Mərkəzinin təsis etdiyi "Sima" mövsümi mükafatı teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə təqdim olunur.

Bu mövsüm də uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti "ən yaxşı tamaşa", "mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", "mövsümün ən uğurlu baletmeysteri", "mövsümün seçilən aktyoru", "mövsümün ən məhsuldar aktyoru" "mövsümün ən məhsuldar aktrisası", "mövsümün ən yaxşı texniki işçisi", "mövsümün perspektivli aktyoru", "teatrın dostu", "mövsümün ən işgüzar əməkdaşı", "mövsümün ən yaxşı epizodik rol ifaçısı" nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Teatrın 89-cu mövsümünün sonunda qaliblər münsiflər heyətinin gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR