IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Qəbələdə

Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 16-da öz işinə Qəbələdə davam edib.

Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Gülnar Hüseynzadə "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti" mövzusunda təqdimatla çıxış etdilər.

Professor Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndi.

IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Gəzinti zamanı Nic qəsəbəsinin, burdakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Sonra tələbələr qəsəbədəki "Cotari" Alban kilsəsini ziyarət ediblər. Alban-Udi Xristian dini icmasının sədr müavini, keşiş Rafik Danakari tələbələrlə görüş zamanı udi xalqının və Alban kilsəsinin tarixindən söz açıb.  "Cəngi" Udi Folklor Ansamblının təqdim etdiyi konsert proqramı qış məktəbi iştirakçılarında xoş təəssürat yaradıb.

Daha sonra qış məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. Litva, Polşa, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan və Misirdən olan tələbələr "Öz xalqını təqdim et" adlı musiqili video təqdimatla çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR