Bilik Fondu ilə Musiqi Akademiyası arasında müqavilə imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Fonddan "Olaylar" -a bildirilir ki, fondunun icraçı direktoru Oktay Səmədov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin imzaladıqları müqaviləyə görə, tərəflər Azərbaycan musiqisinin təbliği, yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması və  bölgələrdə mühazirələrinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu müqavilənin mədəniyyətimiz üçün yeni yollar açacağına, mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin qədim ənənələrindən və müasir çalarlarından bəhs edərək, Azərbaycanın öz bölgələrində də gənclər və yeniyetmələr arasında təbliğin vacibliyini qeyd etdi.

Daha sonra tərəflər arasında Azərbaycan musiqisinin təbliği, bu sahədə araşdırmaçıların və istedadlı gənclərin stimullaşdırılmasının vacibliyi, həmçinin əməkdaşlığın perspektivləri barədə müzakirələr davam etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR