“Vurğuna vurğun gəlin” təqdim olundu...

Azərbacaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib. L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş yeni tamaşa "Vurğuna vurğun gəlin" adlanır.

Teatrdan "Olaylar" bildirilir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR