Nadir Qafarzadəni kimlər ağlatdı? - VİDEO

Müğənni Nadir Qafarzadə Bilgəhdə yerləşən qocalar evinin sakinlərinə baş çəkib.  "Olaylar" az-ın məlumatına görə, ifaçı görüş zamanı göz yaşlarına hakim ola bilməyib: "Hər dəfə qocalar evinə gedəndə qəribə hislər yaşayıram. Kövrəlirəm, pis oluram. Düşünürəm ki, burada ömürlərini günlərini yaşayan insanlar cavanlıqlarında düşünməzdilər ki, qocalar evinə düşəcəklər. Bu da Allahın bir qismətidir. Amma belə bir taleni heç bir insana arzu etməzdim. Çox ağırdır, çox. Burada elə bir insanlar var ki, övladları valideynlərinə sahib çıxmırlar. Belə bir deyim var, nə tökərsən aşına, o da çıxar qaşığına. Valideynlərini atan o övladlar düşünsünlər ki, onlar da qocalacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR