Mehribanın “düşmənləri” və yaxud

Elzanın şerləri

Müasir dövrdə özünü ifadənin müxtəlif üsulları var. Məsələn, hansısa bir hadisə sənə təsir edirsə (yaxşı və ya pis mənada) sosial şəbəkələrin verdiyi geniş imkanlardan asanlıqla istifadə etmək olar. Bir - iki statusla "ürək boşaltmaqdan" asan nə var ki?  Bununla insan içindəki aqressiyanı zərərsizləşdirir, sevincini çoxaldır. Bəziləri isə ürəklərini, qəzəblərini  şeir adı ilə yazıb, paylaşırlar. Təəssüf ki, işimiz gərəyi yazılanları oxumağa məcburuq. Bu məcburluq bizə gün ərzində gözəl əhval - ruhiyyə bəxş edir. Ən azından yazılan "şeir" - lər bizə günün sonuna qədər zarafatlaşmağa mövzu verir.

Son bir neçə ildə bu cür "şeir" -lə ədəbiyyatımıza kənardan boylanan təkcə Elza Seyidcahan idisə, indi artıq o tək deyil. Dünən sosial şəbəkələrdə Mehriban Xanlarovanın "şeir"i   gündəmi ələ almağa bacardı. Könül istərdi ki, Mehriban xanım yazdığı "şeir" lə yox, canlandırdığı obrazlarla yenidən gündəmə gəlsin. Amma seçim onundu. Aktrisa bizə obrazlarından danışmağa şərait yaratmırsa, deyəcək sözümüz yoxdu. Elza xanımın gülüş dolu "şer"lərini artıq qəbul etmişik, deyəsən. Elza Seyidcahandan daha bir Şeir - başlığı artıq heç kimin diqqətini çəkmir. Az - çox hər kəs orada nələr yazıldığını təxmin edir. Şəxsən mən artıq Elza xanımın yazdıqlarını heç gülmək, zarafat etmək üçün də oxumuram. Məlum, gündəmdə bu cür qalmaq artıq demode sayılır. Amma...

Amma, Mehriban xanımdan şeir adlı başlıqlar diqqətimi çəkmədi desem, yalan olar. Elza xanımın verdiyi "ağır" travmadan sonra ümidlü halda Mehriban xanımdan ikinci dəfə bu travmanı mənə yaşatmamağı arzusu ilə şeir adlandırılan, hətta  çızmaqara olmayan nəyisə oxudum. Oxumaz olaydım...

İl olub 2017 - ci il, əsr olub XXI. Bunlar hələ nəyin dərdindədilər, nə axtarırlar, bu cür yazmaqla kimin nə demək istədiklərini anlamaq üçün hansı kitabı oxuyaq, hansı filmə baxaq, hansı musiqini dinləyək??? Fikrimi daha da açıq ifadə etmək üçün və bu çizmaqara olmayan nəyisə oxuyanda çəkdiyim "iztirabları" sizin də çəkmənizi istəyirəm:

Düşmənlərim taxtabaşdılar,

Onlar qarabaşdılar.

Əsil yeməli aşdılar,

Bir sözümlə aşdılar...

Mən də yazıldığı kimi, yəni, sondan əvvəl doğru fikirlərimi demək istəyirəm. Birincisi, daha doğrusu, dördüncüsü, bir sözlə, bir jestlə aşırmaq istədikləriniz üçün ən gözəl məkan - Akademik Milli Dram Teatrının səhnəsində   olub və var. Əgər bu səhnədə və sənətdə bunu edə bilməmisinizlə, inanın bir söz yoxee, milyon söz də desəniz, yazsanız heç ağ bir vərəqi belə aşırda bilməyəcəksiniz. Biz bu yazdığınıza, təbii ki, inanmadıq. Nə bədii tərəfdən, nə də real halında. Məsləhət görərdik ki, siz də özünüzü aldatmayın. Çün, acısını günahsız vərəqlər və sosial şəbəkədə böyük başlıqların qurbanları çəkir. İnsafınız olsun... söz bu qədər gücə və dəyər malikikən, onu bu qədər ucuzlaşdırmyın.

Bu cür şeri birinci sinifə yenicə addım atan uşaq belə yazmaz. Ən azı ona görə ki, o müasir dövrdə bu cür "mübarizə" ni qəbul etməz. Daha doğrusu bu üsulun mübarizə yolu olmadığını və heç bir zaman da olmadığını, olmayacağını anlayır.

Çox istərdim ki, həm Elza xanıma, həm də Mehriban xanıma bu cür "şeirlər" yazdıran hissin adını bilim. Bəlkə də, sənətləri ilə tarixdə qalmayacaqlarını, bilib ədəbiyyata əl atmaq istəyirlər. Amma ədəbiyyat el\ bir bütdü ki, onu  hər kəs  duya bilməz və ən.  Bu cür "şeir" adı ilə cızmaqara olmayan nə isə yazanlar hər zaman ədəbiyyatın Ə -sinə həsrət qalacaqlar.

NigarNigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR