Burçak Mardan Tarix Muzeyində

Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq xarici qonaqların maraq dairəsindədi. Belə ki, ICOM (Beynəlxalq Muzeylər Şurası)-un ICMAH (Arxeoloji və Tarixi Kolleksiyalar və Beynəlxalq Muzeylər Komitəsi) Komitəsinin katibi Burçak Madran və onu müşayət edən qonaqlar  muzeyi ziyarət ediblər. Muzeydən "Olaylar" - a verilən məlumata görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşılayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Burçak xanım tariximizin ən qədim dövrdən bü günə qədər əks etdirdiyi ekspozisiya zalları ilə və Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə yaxından tanış oldu.

Qeyd edək ki, muzeyin direktoru NailəVəlixanlı və Elmi Fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova Burçak Madranla gələcəkdə muzeylər arasında elmi-praktiki konfrans və sərgilərin təşkil edilməsi məsələlərini müzakirə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR