“Romeo və Cülyetta” faciəsi

Səda Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sabah" qrupları III kurs "Aktyor sənəti" ixtisası tələbələrinin ifasında V.Şeksprin "Romeo və Cülyetta" faciəsi tamaşaçılara təqdim olunub. Tamaşa kurs rəhbəri, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə hazırlanıb. Tamaşaya 40-dan çox ali və orta təhsil müəssisələrinin tələbələri, kütləvi informasiya nümayəndələri dəvət olunub. Tamaşanın hazırlanmasında Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə dosent Nadir Hüseynovun, plastik həll üzrə rejissoru Ruslan İsmayılovun, döyüşlərin quruluşu Ceyhun Dadaşovun, geyim rəssamı Nəzakət Əhmədovanın, geyim rəssamı asistentləri tələbələr Ramilə Səfərəliyevanın, Mədinə Əhmədovanın, Bəturə Rzayevanın, Səhər Hüseynovanın, Şahnaz Abdullayevanın və Səbinə Cəfərovanın əməyi böyükdü.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR