Musiqili Teatr Beynəlxalq festivalda

Azərbaycan Dövlət Musiqili Teatrı  Beynəlxalq festivala dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq.

"18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Söhbət Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Moldova, Çin Xalq Respublikası, Sloveniya, Makedoniya, Serbiya və s. bu kimi ölkələrin teatrlarının qatıldığı çox nüfuzlu bir festivaldan gedir. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival çox rəgarəng və zəngin proqrama malikdi. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur.", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR