Göyçayda seminar

Göyçay rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı növbəti səyyar seminar keçirilib. Elmi-Metodiki Mərkəzdən "Olaylar" - a verilən məlumata görə, seminar Ağdaş regional Mədəniyyət İdarəsinin müdiri Tahir Əliyevin təşkilati dəstəyi ilə Goyçay rayon H.Əliyev Mərkəzində baş tutdu Tədbirdə regional idarəsinin müdir müavini Sahib Şükürov, H.Əliev Məkəzinin direktoru Zemfira Əliyeva və Göyçay rayon mədəniyyət işçiləri iştirak etmişlər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə Mədəniyyət müəssisələrində internetdən və İnternet Explorer proqramından istifadə qaydaları haqqında ümumi məlumat verdi. Təbliğat və statistik araşdırmalar şöbəsinin sektor müdiri İrina Özçoban çıxış edərək, mədəniyyət müəssisələrdə İKT-nin rolu, sosial şəbəkələrdəki rəsmi səhifələri, müsbət imicin formalaşdırılması üsulları və bu səpkidə digər məsələlərə toxundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR