Tarix Muzeyində “Sənət barəsində söhbət”

Milli Azərbaycan Tarixi Muzeyi və Rusiya İnformasiya-Mədəni Mərkəzi ilə birlikdə təşkil etdikləri "Sənət barəsində söhbət" layihəsi çərçivəsində növbəti mühazirə-seminarlar keçirildi.

Muzeydən "Olaylar" - a verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Fuad Ağayev tərəfindən "Qafqaz və Azərbaycan rus rəssamı Q.Qaqarinin yaradıcılığında" mövzusunda mühazirə oxunub. Rəssamın işlərindən ibarət foto-slaydın müşayəti ilə keçirilən seminarda dinləyici qismində 177 saylı orta məktəbin 9-cu sinif şagirdləri iştirak ediblər. Mühazirə-seminar aktiv müzakirə şəklində davam etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR