Cövdət Hacıyev və Tofiq Quliyev anılacaq

2017-ci il Azərbaycan musiqi incəsənətinin iki görkəmli nümayəndəsinin - tanınmış bəstəkar, musiqi-ictimai xadim və pedaqoq, Respublikanın Xalq artisti, iri simfonik əsərlərin yaradıcısı Cövdət Hacıyevin və gözəl bəstəkar, musiqi-ictimai xadim, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, unudulmaz mahnıların və kino musiqisinin müəllifi Tofiq Quliyevin anadan olmasının100 ili tamam olur.

Bəstəkarlar İttifaqından "Olaylar" -a bildirilib ki, İttifaqın Ü.Hacıbəyli adına Konsert  Zalında bu görkəmli bəstəkarların 100 illik yubileylərinə həsr olunmuş kamera-instrumental və vokal əsərlərdən ibarət konsertlər keçiriləcək. Onların yaradıcılığının və musiqi-ictimai fəaliyyətinin müasir nöqteyi-nəzərdən araşdırılması məqsədilə keçiriləcək simpozium və konfranslarda iştirak etmək üçün respublikanın aparıcı musiqişünaslarından ibarət böyük  nümayəndə heyəti cəlb olunacaq.

Qeyd edək ki, İttifaq bəstəkar və pedaqoq Qara Qarayevin gələn 2018-ci ildə qeyd olunacaq 100 illik yubileyi ərəfəsində Bəstəkarlar İttifaqı konsertlər və elmi konfranslar keçirməyi nəzərdə tutur. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR