Suğra Bağırzadə beynəlxalq mükafata layiq görüldü

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının  "Olaylar" - a verdiyi məlumata görə Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət"ordeni ilə təltif edilib.

Qeyd edək ki, bir müddət öncə Suğra xanım adıçəkilən ittifaqın "Vəzifə və Şərəf" ordeninə, Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz", "Türk Dünyasında İlin Mədəniyyət Adamı" mükafatlarına və "Fəxri Doktor" adına layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR