“Azərbaycan Milli rəqsləri” layihəsi icra olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, layihə rəhbəri Vüqar Paşayevin təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş "Yeniyetmə və gənclər arasında "Azərbaycan Milli rəqsləri" yarış - müsabiqə" layihəsinin yekun konserti respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən "Zirvə", "Çovqan", "Təbəssüm", "Leyla", "Azad", "Dostluq", "Şənlik", "Aysel" rəqs kollektivlərinin iştirakı ilə MetroPark Alış-Veriş Mərkəzində təşkil olundu.

Geniş kütlənin diqqətinin cəlb olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5 illik uğurlu fəaliyyətini ictimayətə çatdırıldı.

Gənclər Fondunun dəstəyi ilə təşkil olunmuş həvəsləndirici və təbliğat xarakterli "Azərbaycan Milli rəqsləri" layihəsi genişmiqyaslı Milli rəqs müsabiqəsinin ənənəsini yaratmaqla yanaşı, gəncləri milli irsimizə sahib çıxmalarına təkan verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR