Ənvər Əblucun yubiley tədbiri keçirildi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin - Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.

Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı neçə-neçə filmə quruluş verib. Onun "Firəngiz", "Qara gölün cəngavərləri", "Bircəciyim", "Pəncərə", "Ağ atlı oğlan", "Tərsinə çevrilmiş dünya" kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda "Mozalan" satirik kinojurnalının bir neçə süjeti, "Körpü" sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir. Onun yaratdığı filmlərin hər biri yeni söz, yeni ifadə, yeni baxış, milli kinomuza bəxş etdirilmiş gözəl töhfələrdi.

Ənvər Əbluc, məharətlə səsləndirdiyi "Tehran - 43", "Şeytan göz qabağında", "Sibiriada", "Firəngiz" və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR