Nadir Qafarzadə: "Erməni mənim düşmənim deyil"

Müğənni Nadir Qafarzadə son 2 gündür ki, sosial şəbəkələrdə yazdıqlarının saytlar vasitəsilə tirajlanmasına münasibət bildirib.

AzNews.az xəbər verir ki, Nadir instagram səhifəsini bağladıqdan sonra etdiyi paylaşımında oxuculara da kəskin sözlər yazıb: "Deyirəm, mən olmasaydım, bəzi saytlar necə çörək pulu qazanıb, evlərinə aparardılar? Yazın, yazın, mənim sayəmdə yalanlarla dolu məqalələrinizi savadsız oxucularınız da oxuyub savadlansınlar. Yenə sayəmdə. Bu günlər gündəmi ələ almışam". 

N.Qafarzadə el arasında ona "itoynadan Nadir" deyildiyini xatırladıb: "Hətta sənətdə heç bir şey etməyib kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Var ol, Nadir, nə yaxşı ki, varsan. Allah məni xarici yox, daxili düşmənlərdən qorusun. Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir, indi anladım". 

***

İzləyicilərini təhqir edən müğənni hələ də qınaq hədəfindədir.

Primetime.az xəbər verir ki, günlərdir izləyicilərini təhqir etməsi ilə gündəm yaradan Nadir Qafarzadə İnstagram səhifəsinə girişi məhdudlaşdırıb. 202 min izləyicisi olan müğənninin bu addımı atmasına səbəb ona yazılan irad və tənqidləri görmək istəməməsidir. Ailəsi birlikdə Antalyada dincələn N.Qafarzadə sildiyi fotosunu bu cümlələri yazaraq paylaşmışdı: "Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər isə onsuz da savadsız, zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi "kalitəsiz"dir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və sevimli bəndəsiyəm. Səhifəmə daxil olub, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə... İndi ürəkli oğlan nə isə yazsın, amma telefon nömrəsi də qoysun!" Müğənninin bu paylaşımı sosial media istifadəçiləri tərəfindən sərt tənqid olunmaqdadır. Hətta Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Ramiz Məlik öz şəxsi Facebook hesabında Nadirin harınladığını yazaraq, onu sərt tənqid edib. Virtual qınağa tuş gələn Qafarzadənin səhifəsində ən son status görünür: "Allah bizi paxıl və içi qurdlu adamlardan qorusun. Kim bizə nə arzu edirsə, biz ona 10 qatını arzu edirik. Kim bizə nə deyirsə, 10 qatı özünə qayıdır. Ağıllı, savadlı və zövqlü dostlarım, nə yaxşı ki, bu həyatda sizin kimiləri var. Yoxsa bəzi araqarışdıran, sözbaz, evyıxan, avam adamların içində batıb gedərdik. Allah Azərbaycan xalqını belələrindən qorusun! Bura təhqir və söyüş yazanlar, öz doğmalarınıza gedir o sözlər!!!"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR