Vəfa Zeynalova yeni filmləri pislədi

Əməkdar artist Vəfa Zeynalova yeni yerli filmlərə irad bildirib. Axşam.az-ın məlumatına görə, aktrisa "Onlar"a açıqlamasında ekran işlərində çatışmayan tərəfləri sadalayıb: "Bir neçəsini izləyə bilməmişəm. Amma aralarında izlədiklərim də var. Sevindirici, bəyəndiyim və bəyənmədiyim tərəflər çox idi. Uşaqlar çalışırlar nəsə etsinlər. Çatışmayan tərəflər hədsiz çoxdur. Bayağılıq, jarqonlar, yersiz atmacalar artıqdır. Bunlarla tamaşaçını güldürmək lazım deyil. Yəqin ssenari kasadlığıdır. İlk yerdə isə maliyyə qıtlığı var. Əslində rejissorları qınamıram, çünki tamaşaçı məhsul gözləyir. Çətin tərəflər isə onları maraqlandırmır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR