Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində Form keçirib. Nazirlikdən "Olaylar"a veriln məlumata görə,      Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.  Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR