8906 vergi ödəyicilərinə ASAN İmza sertifikatı verilib

2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 16562 zəng cavablandırılıb.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 73304 SMS göndərilib. Avqust ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38577 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 28272 vətəndaş qəbul edilərək onlara 43019  sayda xidmət göstərilib. 2017-ci ilin 1 sentyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 8906 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci ilin avqust ayı ərzində 7589 (1099 hüquqi şəxs, 6490 fiziki şəxs) qeydiyyatdan keçib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR