Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır

Samir Əliyev: "Bu, kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər"

Azərbaycanda sahibkarlara, iş adamlarına dövlət dəstəyi davamlı xarakter daşıyır. Məhz dövlətin sahibkarlara diqqət və qayğısı, göstədiyi yardımların nəticəsidir ki, paytaxt və bölgələrdə yeni-yeni istehsal müəssisələri və zavodlar istifadəyə verilir. Hər il Sahibkarlığa Kpmək Milli Fondu tərəfindən iş adamlarına verilən güzəştli kreditlər də bu mənada mühüm əhəmiyyət kəsb edir. Müsbət tendensiya ondan ibarətdir ki, tətbiq edilən bu üsul getdikcə daha da təkmilləşdirilir, iş adamları dövlətdən daha çox dəstək alırlar. Elə Prezident İlham Əliyev bir müddət əvvəl şimal-qərb regionuna səfəri zamanı Qaxda keçirdiyi, eləcə də cənub zonasında səfədə olarkən Lənkərəndan təşkil etdiyi müşavirə zamanı bir daha açıq şəkildə bildirdi ki, dövlətin sahibkarlara diqqəti, dəstəyi davamlı xarakter daşıyacaq və bundan sonra da iş adamlarına güzəştli kreditlər veriləcək.

Bu günlərdə Prezident İlham Əliyevin imzalamış olduğu daha bir fərman dövlətin bu prosesdə nə qədər qərarlı olduğunu və sahibkarlara dəstəyin davamlı xarakter daşıyacağı reallığını ortaya qoydu. Belə ki, dövlət başçısı bu günlərdə Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzaladı.

Fərmanda qeyd edilirdi ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilmiş, ticarət balansında müsbət saldo bərpa olunmuş və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artıb.  Manatın sabitləşməsi, inflyasiyanın nəzarətə götürülməsi və strateji valyuta ehtiyatlarının artması, eyni zamanda, sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasını, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunmasını, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsini, bununla da əks-dollarlaşmanın stimullaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyub. muşdur. Qeyd olunan vəzifələrin icrası növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir.

Bütün bunları nəzərə alaraq dövlət başçısı həmin fərman əsasında "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını qərar alır.

Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını qərarı birmənalı olaraq müsbət qiymətləndirilib və ümumi gəlinən qənaət ondan ibarət olub ki, sözügedən fəman və fəmandan irəli gələn vəzifələrin icrası ölkədə sahibkarlıq mühitinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

İqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər. Onun sözlərinə görə, fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi - sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər: "Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər.

Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir". Samir Əliyev deyib ki, iri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur: "Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar. Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq. Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirilməsi yaxşı olardı. Belə ki, Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir. Həmçinin maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir. Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır. Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-də az, 80%-dən çox olmamalıdır. Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir. Ümumiyyətlə. belə bir maliyyə institutu yaradılması müsbət haldır. Onun reallıqda işlək mexanizm olması isə daha vacibdir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR