Avtomobil piyadanı vurub öldürüb

Paytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini E. Əmrəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR