Velosipedçi avtomobil zərbəsindən dünyasını dəyişib

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V. Cəniyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR