Azərbaycanda DƏHŞƏTLİ QƏTL! Qadın bir evdə yaşadığı sevgilisini bıçaqladı

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Hadisə iyulun 7-də, 14:30 radələrində yaşanıb.

Məlumata görə, qəsəbənin İkinci massiv adlanan ərazisində, yeni tikilidə yaşayan 1991-ci il təvəllüdlü Günay Şahalı qızı Novruzova Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Mətləb Şahin oğlu Məhərrəmovu bıçaqlayıb.

M.Məhərrəmov xəstəxanaya aparılıb. Ona qarın nahiyəsinə nüfuz edən bıçaq xəsarəti diaqnozu qoyulub.

G.Novruzova saxlanılıb. Ona Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxslər vətəndaş nikahında yaşayıb. Hadisə qısqanclıq zəminində törədilib. (oxu.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR