Paytaxtda soyğunçuluq edən şəxs saxlanıb

Soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 24-də Təbriz küçəsindəki evlərin birinin qarşısında naməlum şəxs Bakı şəhər sakini N.Bərxudarlının içərisində 240 manatı olan çantanı açıq talama yolu ilə almışdır. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nərimanov RPİ 18-ci PŞ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini T.Mürsəlov saxlanılmışdır. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR