Türkiyədə 12 qadını fahişəliyə cəlb edən Səidə azadlıqda – Hökm

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Olaylar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş Tutan prosesdə hökm oxunub.

Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 5 il şərti cəza alaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Səidə Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (q abaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR