Boşandı, 6 il sonra barışdı, evə aparıb başına oyun açdı - Azərbaycanda ŞOK HADİSƏ

Xırdalan şəhərində həyat yoldaşına əzab verməkdə təqsirləndirilərək məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

Olaylar.az News24.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə təqsirləndirilən və Abşeron Rayon Məhkəməsi tərəfindən məhkum edilən Quliyev Elfaq Aydın oğlu Ali Məhkəməyə müraciət edərək barəsindəki hökmün dəyişdirilməsini və ona bəraət verilməsini xahiş edib. İş hakim Hafiz Nəsibovun icraatına verilib.

Qeyd edək ki, E.Quliyev 2012-ci ildə boşandığı keçmiş arvadı N.Kərimova ilə 2018- ci ilin sentyabr ayında barışaraq onunla Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16A, mənzil 7 ünvanında yaşamağa başlayıb. Bundan sonra o, mütəmadi olaraq, qısqanclıq zəminində mübahisə edərək, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə N.Kərimovaya əzab verib.

Abşeron rayon Məhkəməsi tərəfindən məhkum edilən E.Quliyev daha sonra apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi onun cəzasını yüngülləşdirərək barəsində 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünü verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR