Xaçmaz sakinini qətlə yetirən şəxs tutulub

Xaçmaz rayon sakini Rəşad Əliyevi qətlə yetirən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşıyevin münaqişə zəminində, idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR