Münaqişə zəminində törədilən qətlin üstü açılıb

Bakıda münaqişə zəminində qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşəliyev münaqişə zəminində, idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.

Bakıda blokda qadına şok yaşatdılar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR