Avtomobil qaçıran şəxs ələ keçib

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 19-na keçən gecə Mingəçevir şəhərinin ərazisindən şəhər sakini Q.Məmmədova məxsus "Mercedes" markalı avtomobil qaçırılmışdır.Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi V.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR