Avtomobil qaçıran Şabran sakini tutulub

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR