Bakıda gənc oğlan evə apardığı qadını saatlarla zorladı

Bakıda zorlama hadisəsi baş verib.

E.Karadeniz adlı qadın polisə cinsi təcavüzə mərus qalması barədə müraciət edib. O deyib ki, bir müddət əvvəl Uğur Kərimov adlı gənc oğlanla tanış olub. Səmimi münasibətin yaranmasından sonra onlar tez-tez görüşüblər. Görüşlərin birində evə gedərkən Uğur qapını arxadan bağlayaraq E.Karadenizi zorlayıb. O, xeyli müddət qapını açmayıb və cinsi təcavüz əməlini davam etdirib.

Məlumata görə, zorlanan qadın evi tərk edəndən sonra polisə məlumat verib. O, daha əvvəl Türkiyə vətəndaşı ilə evli olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.1-ci, yəni zorlama əməli maddəsi ilə iş açılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR