Qadını şantaj edən şəxs tutulub

İyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən cari il iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Həmidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Qaradağ RPİ-də araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR