Narkotik alverçisi yaxalanıb

Hüquq-mühafizə orqanları narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs müəyyən edilib. Daxil olmuş məlumat əsasında Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb. Onun üzərində şəxsi aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250,015 qram tiryək aşkar ediklərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR