Ev quşlarına qənim kəsilən tutulub

Ev quşları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-nə keçən gecə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 40 ev quşu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov, Bərdə rayon sakinləri N.Zərbəliyev və A.Cəbrayılov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün daha 1 evin həyətindən 6 ev quşu oğurlamaları da müəyyən edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR