Oğuzda “Hunday” ağaca çırpıldı-ölən və yaralanan var

Oğuz rayonunun Bayan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 13-də saat 23 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Bakı şəhər sakini E.Ağakərimova idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən 50-55 yaşlı qadın hadisə yerində ölmüş, digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR