Oğurluqla məşğul olan şəxslər ələ keçiblər

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbə sakini E.Hacatovun evindən 70 manat, həyətindən isə 65 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılmışdır. Həmçinin, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR