“Kamaz” 500 metr məsafədə yuvarlanaraq dərəyə düşüb

Yardımlıda yük avtomobili dərəyə yuvarlanması nəticəsində 1 nəfər ölüb. Qəza rayonunun Horonu kəndi ərazisində el arasında "Böyük Dərə" adlanan yerdəki otlaq sahədə baş verib. Belə ki, Köryədi kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Cavanşir oğlu Əbişov etibarnamə əsasında idarə etdiyi "KAMAZ 53212" markalı 10-DG-325 dövlət qeydiyyat nişanlı avtomobillə ot kipləri yığmaq üçün hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 500 metr məsafədə yuvarlanaraq dərəyə düşüb.Qəza nəticəsində avtomobildə olan sərnişin Yardımlı rayonu Arvana kənd sakini, 1978-ci il təvəllüdlü Namik Mirhəsən oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR