Cəlilabad sakinini qətlə yetirən şəxs tutulub

Cəlilabad rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs  saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılmışdır. Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR