Avtomobil piyadanı vurub öldürüb

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Siyəzən şəhərinin ərazisində də ölümlə nəticələnən  yol-nəqliyyat hadisəsi qeydə alınıb. İyunun 11-də saat 5 radələrində Siyəzən şəhərinin ərazisində "Mitsubishi" markalı avtomobili idarə edən Bakı şəhər sakini İ.Ələkbərov onu yol ayırıcısına vurmuşdur. Nəticədə sərnişini, Bakı şəhər sakini Cəlalə Qurbanova hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR