"Onu zorla nişanlayıblar" - Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.

Sədrin sözlərinə görə, leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində yerli orqanların birində müstəntiq işləyib:

"Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb".

F.Qasımov qeyd edib ki, A.Əliyevanın bir müddət əvvəl nişanlanıb:

"Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Hazırda meyit morqdadır, tam rəy açıqlanandan sonra yaxınlarına təhvil veriləcək. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR