Oğrunun digər əməlləri ifşa edilib

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini  saxlanııb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən mayın 5-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən su nasosu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ş.İbrahimov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 22-dən mayın 2-dək olan müddətdə "İsuzu" və "VAZ-2106" markalı avtomobillərdən akkumulyator, 1 yardımçı təsərrüfatdan məişət əşyaları, 1 həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR