Avtomobildən oğurluq edən şəxslər tutulublar

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da rayon ərazisində bir avtomobildən 40 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Lanskix saxlanılıb. Həmçinin Nəsimi RPİ 21-ci PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də rayon ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev saxlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR