Bakıda gecə yarısı “həyəcan” siqnalı: Yeniyetmə polisi ayağa qaldırdı/ Foto

Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluğun qarşısı alınıb.

Xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan "həyəcan" siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib.

Polis əməkdaşları mağazada əlində kəsici alət olan bir nəfəri oğurluq etmək istəyərkən yaxalayıblar.

Ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P. olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR