Avtomobildən pul oğurlayan ələ keçib

Oğurluqda şübhəli bilinən Binə qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-nə keçən gecə Binə qəsəbəsi ərazisində "VAZ-21011" markalı avtomobildən 500 manat və yaddaş kartı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini T.Babayev saxlanılıb. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR